Baş Prokurorluqdan toyundan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı AÇIQLAMA 

Baş Prokurorluqdan toyundan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Baş Prokurorluqdan toyundan 3 gün sonra evində ölü tapılan şəxslə bağlı AÇIQLAMA 

43127

Baş Prokurorluq Bakıda nigah mərasimindən 3 gün sonra müəmmalı şəkildə ölən şəxslə bağlı məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, məlumatda paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olduğu bildirilib. 

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir. 

Xatırladaq ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatda qeyd edilib ki, Kamil Namazov nigah mərasimindən 3 gün sonra evində ölü tapılıb. Onun qətlə yetirilməsi ilə bağlı fikirlər səsləndirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO