Amnesty International: ''Ermənilər Kəlbəcərdə məzarları dağıdıblar''

Amnesty International: ''Ermənilər Kəlbəcərdə məzarları dağıdıblar''

Hazırda oxunan: Amnesty International: ''Ermənilər Kəlbəcərdə məzarları dağıdıblar''

4302

“Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi Donatella Rovera Azərbaycanın Kəlbəcər ərazisində olub. Münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan  təşkilat nümayəndəsi burada monitorinq həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə Roveraa özünün “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, Kəlbəcərdəki  evlərindən demək olar ki, heç nə qalmayıb:

“27 illik işğal dövründən sonra azərbaycanlıların evlərində nə bir qapı, nə bir pəncərə, nə də bir dam örtüyü belə qalmayıb”.

“Amnesty International”ın nümayəndəsi Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarlarının dağıdıldığını da əlavə edib.

O vurğulayıb ki, ərazini tərk edən ermənilər məzarları dağıdıblar.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO