Florida senatorundan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı QƏRAR - FOTO

Florida senatorundan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı QƏRAR - FOTO

Hazırda oxunan: Florida senatorundan Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı QƏRAR - FOTO

42848

ABŞ-ın Florida ştatından olan senator Anet Tadio (Annette Taddeo) Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar Bəyannamə imzalayıb.

Bizim.Media xəbər verir ki, senator sənədi Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim edib.

O, bəyannamədə 18 oktyabr tarixinin Florida ştatında “Azərbaycanın Müstəqilliyinin Bərpası Günü” kimi qeyd olunmasına qərar verdiyini açıqlayıb.
 

Floridada fəaliyyət göstərən Azərbaycan icmasının aktiv fəaliyyətindən məmnunluğunu dilə gətirən senator 2006-cı il oktyabrın 26-da yaradılan və Floridada aktiv diaspor fəaliyyəti ilə məşğul olan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının üzvlərinə uğurlar arzulayıb.


A.Tadio ABŞ-da yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinə layiqincə sahib çıxdıqlarını və Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ etdiklərini bildirib. 

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO