Rusiyada İlham Əliyevin babasına abidə qoyulacaq

Rusiyada İlham Əliyevin babasına abidə qoyulacaq

Hazırda oxunan: Rusiyada İlham Əliyevin babasına abidə qoyulacaq

4278

Rusiyanın Mahaçqala şəhərində Dağıstan Vilayət Partiya Komitəsinin sabiq birinci katibi Əziz Əliyevin xatirəsinə abidə ucaldılacaq.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dağıstan KİV-i məlumat yayıb. Abidə ətrafında isə park salınacaq.

Dağıstan və Azərbaycanın nüfuzlu siyasi xadimi Əziz Əliyevin şərəfinə ucaldılacaq abidənin ümumi ərazisi 900 kvadrat metrdən çox olacaq.

Abidə Abubakaraov və Ə.Əliyev küçələrinin kəsişməsində qoyulacaq.

Xatırladaq ki, Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb.

O, 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MK-nın inspektoru, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib.

Onu da xatırladaq ki, Əziz Əliyev Azərbaycan prezidenti İlham Əliyevin babasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO