Sinif yoldaşları dərs zamanı ölən 8-ci sinif şagirdinin dəfnində - FOTO 

Sinif yoldaşları dərs zamanı ölən 8-ci sinif şagirdinin dəfnində - FOTO 

Hazırda oxunan: Sinif yoldaşları dərs zamanı ölən 8-ci sinif şagirdinin dəfnində - FOTO 

42765

Xaçmazın Xudat şəhərində dərs zamanı ölən 8-ci sinif şagirdi Xədicə Rəcəb qızı Rəcəbova bu gün Xudat şəhərinin 4-cü şöbə qəbristanlığında dəfn edilib. 

Bizim.Media xəbər verir ki, mərasimdə mərhum məktəblinin sinif yoldaşları və müəllimləri də iştirak ediblər. 

Xudat şəhəri İbrahim Məlikov adına 5 saylı məktəbin müəllimi, səkkizincilərin sinif rəhbəri Mahirə Nəzərova Xədicənin çox tərbiyəli və ağıllı şagird olduğunu deyib.  

Onun ölümünün sinif yoldaşlarına çox pis təsir etdiyini deyən Mahirə Nəzərova təsirləndiyindən çıxışını davam etdirə bilməyib.  

Qeyd edək ki, məktəblinin ölüm səbəbləri araşdırılır. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO