Badamdardakı sürüşmə sahəsində SON VƏZİYYƏT  

Badamdardakı sürüşmə sahəsində SON VƏZİYYƏT  

Hazırda oxunan: Badamdardakı sürüşmə sahəsində SON VƏZİYYƏT  

42733

"Badamdarda 20-ci sahədə baş verən sürüşmə zonasında ikinci terras üzrə dəmir-beton suvaqların hörülməsi işləri həyata keçirilir”. 

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında deyib. 

O qeyd edib ki, suvaqlama mərhələsi yekunlaşandan sonra isə yamacın yuxarı hissəsində ankerlənmə işləri davam edəcək.
 

Yamac mərkitmə işləri çərçivəsində dərinliyi 5-6 metr olmaqla ankerlər vurulacaq və daha sonra üzəri betonla hamarlanacaq.  


“Bu işlər bitəndən sonra isə sürüşmə sahəsində ehtimal olunan infiltirasiya olunmuş digər suları kənarlaşdırmaq üçün qaleriyalar quraşdırılacaq. Tam yekunlaşan zaman isə yamacda abadlıq işləri aparılacaq. Yamac bərkitmə işləri bu ilin axırına kimi hava şəraitindən asılı olaraq həyata keçiriləcək. İlin axırına qədər layihə üzrə planı yerinə yetirməyi planlaşdırırıq", - deyə Samir Vəliyev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO