XİN Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddiaların DETALLARINI AÇIQLADI 

XİN Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddiaların DETALLARINI AÇIQLADI 

Hazırda oxunan: XİN Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddiaların DETALLARINI AÇIQLADI 

42661

Xarici İşlər Nazirliyi Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı cari vəziyyətə dair məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, məlumatda deyilir: 

"Vətən müharibəsindən sonra Azərbaycan Respublikası 30 ilə yaxın müddət ərzində öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. 

Cari ilin yanvar ayında Azərbaycan Respublikası Ermənistana qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə dövlətlərarası şikayət verib. Şikayətdə həm Birinci Qarabağ müharibəsindən başlayan və davam edən, hərbi işğal dövründə başlayan və davam edən, eyni zamanda Vətən müharibəsi zamanı törədilmiş hüquq pozuntuları öz əksini tapır.
 

MÖVZU İLƏ BAĞLI:

XİN: “Ermənistan bölgədə vəziyyəti gərginləşdirməyə çalışır”


Qeyd edilməlidir ki, bu hüquq pozuntularının əksəriyyəti, misal kimi, mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq cinayət hesab olunur. 

Bu ilin sentyabr ayında Azərbaycan Respublikası BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formaların ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət ərzində etnik təmizləmə siyasətinin aparılması faktları ilə bağlı Haaqa şəhərində yerləşən BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə də müraciət edib.  

Cari ilin 14-19 oktyabr tarixlərində keçirilən dinləmələr iddiaların mahiyyəti ilə deyil, yalnız bu konkret vəsatətlərin baxılması ilə bağlı olmuşdur. 

Qeyd olunub ki, Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri bununla kifayətlənmir.  Azərbaycan tərəfi Ermənistana bir sıra digər konvensiyalar üzrə dövlətlərarası şikayətlərin irəli sürməsini planlaşdırır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO