Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Bizim.Media xəbər verir ki, Prezident səfər çərçivəsində Zəngilan Hava Limanının tikintisi və DSX-nin hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısı “Zəngilan” yarımstansiyasının açılışında iştirak edib, “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlini qoyub.
Prezidentlə xanımı Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Səfərdən hazırlanmış videonu təqdim edirik:
Bizim.Media