"Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başladı - Kimlər yararlanacaq? 

Hazırda oxunan: "Sabah Lab" İnkubasiya Mərkəzi fəaliyyətə başladı - Kimlər yararlanacaq? 

42568

Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində “Sabah Lab” İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Təhsil nazirliyi məlumat yayıb. 

Bildirilib ki, mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edəcək. 
 

Mərkəzin yaradılmasında əsas məqsəd yerli və xarici bazarların xidmət və məhsullarına olan tələbatı ödəyəcək şirkətlərin inkişafına təkan vermək üçün gənc sahibkarlar ətrafında davamlı bir ekosistem yaratmaqdır. 


Mərkəzdəki unikal və sınanmış təhsil proqramı innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi ilə birlikdə hazırlanır. Təhsil proqramının tərkibində yerli və beynəlxalq univesitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professorun və sənaye liderlərinin iştirakı təmin olunur. 

Yeni mərkəzdə  təklif olunan proqrama iştirakçılar onlayn müraciət prosesi ilə seçiləcək və sonda 30-40 (10 komanda)  nəfər iştirakçı təyin olunacaq.
 

Seçim prosessində “IE” Biznes Məktəbi dəstək göstərəcək. İştirakçılar formalaşmış startap ideyaları olmadan da proqrama qoşula bilərlər. Proqram həm fərdlərə, həm də formalaşmış startap komandalara açıqdır. 


Qeyd edək ki, yaxın günlərdə mərkəzin ali təhsil müəssisələrində təqdimatı başlayacaq və ictimaiyyətə daha geniş məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO