Sumqayıt-Bakı qatarında biabırçılıq: sərnişinlər ayaq üstə qaldı

Sumqayıt-Bakı qatarında biabırçılıq: sərnişinlər ayaq üstə qaldı

Hazırda oxunan: Sumqayıt-Bakı qatarında biabırçılıq: sərnişinlər ayaq üstə qaldı

42562

Sumqayıtdan Bakıya gələn elektrik qatarının fəaliyyətində növbəti problem yaranıb.

Bizim.Media xəbər verir ki, biznes-klas vaqonu üçün sərnişinlərə ümumi tutumundan çox bilet satılıb. Nəticədə 15-dək sərnişin ayaq üstə qalıb.
 

Qatar bələdçiləri bunu xəttə yenicə qoşulan Bakı - Gəncə qatarının biznes-klas vaqonundakı sərnişin yerlərinin Sumqayıt - Bakı qatarındakı sərnişin yerlərindən çox olması ilə əlaqələndiriblər.


Belə aydın olub ki, məsul şəxslər bu məqamlı nəzərə almadan biznes-klasdakı ümumi sərnişin sayını Bakı - Gəncə qatarındakı qədər götürüblər və daha artıq bilet satıblar.

Bələdçilər artıq məsələdən rəhbərliyin də məlumatlı olduğunu əlavə ediblər. Onlar problemin həll yolu kimi sərnişinlərə qaynar xəttə zəng etməyi məsləhət görüblər. Lakin biznes-klas çekləri sərnişinlərə qaytarılmayıb.

Qeyd edək ki, Sumqayıt - Bakı qatarında biznes-klas vaqonunda gediş haqqı 2 manat, adi vaqonda gediş haqqı isə 1 manatdır (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO