Daha bir marşrut xətti

Daha bir marşrut xətti "BakuBus"a verildi

Hazırda oxunan: Daha bir marşrut xətti "BakuBus"a verildi

42434

Bakıda 205 saylı müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) məlumat yayıb. 

Məlumata görə, sabahdan marşrut xətti üzrə sərnişindaşımaları BNA-ya məxsus “BakuBus” MMC-nin avtobusları ilə icra ediləcək. 

205 saylı marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO