Bakıda məhkumun həyətindən silah tapıldı

Bakıda məhkumun həyətindən silah tapıldı

Hazırda oxunan: Bakıda məhkumun həyətindən silah tapıldı

42420

Bakıda məhkumun həyətindən silah aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. 

Qeyd edilir ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hazırda Penitensiar xidmətin Müalicə Müəssisəsində saxlanılan məhkum Nahid Nazim oğlu Əliyevin yaşadığı Maştağa qəsəbəsində fərdi yaşayış evinin həyətində torpağa basdıraraq gizlətdiyi 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb. 

Qeyd edək ki, Nahid Əliyev Cinayət Məcəlləsinin 234.1; 237.2.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO