Ötən gün sosial şəbəkələrdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 39 saylı Ağdam tam orta məktəbinin 1-ci sinif şagirdi Renat Quliyevin koronavirusdan vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.
Bizim.Media xəbər verir ki, azyaşlının anası Aygün Quliyevanın sözlərinə görə, oğlunun koronavirusdan dünyasını dəyişməsi barədə yayılan məlumatlar doğru deyil.
MÖVZU İLƏ BAĞLI:
Bakıda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi – VİDEO
O deyir ki, ölümündən əvvəl oğlunun bədənində səpkilər, üzündə isə şişlər əmələ gəlib:
“Övladım ürək-damar çatışmazlığına görə dünyasını dəyişdi. Mənim uşağımda koronavirus aşkarlanmayıb, sadəcə qanı aşağı olub”.
Qeyd edək ki, TƏBİB də birinci sinif şagirdinin vəfatı ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən R. Quliyev ''MisC" xəstəliyindən, uşaqlarda multisistem iltihab sindromundan vəfat edib.
O, xəstəxanaya yüksək hərarətlə, halsızlıq və nəfəs çatışmazlığı ilə daxil olub.
Mövzu ilə bağlı Xəzər TV-nin hazırladığı videonu təqdim edirik:
Bizim.Media