“Mədəniyyət” telekanalına yeni rəhbər TƏYİN OLUNDU - FOTO 

“Mədəniyyət” telekanalına yeni rəhbər TƏYİN OLUNDU - FOTO 

Hazırda oxunan: “Mədəniyyət” telekanalına yeni rəhbər TƏYİN OLUNDU - FOTO 

42334

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək. 

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib. 

Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib. 

Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO