Sumqayıtda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi 

Sumqayıtda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi 

Hazırda oxunan: Sumqayıtda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə edildi 

41660

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. 

Bu barədə Bizim.Media Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Nazirliyin məlumatına görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 7 m² sahədə və 1 ədəd plastik qapı əriyib. Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO