Səhlənkarlıqda təqsirləndirilən Tamilla Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bizim.Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə T. Sadıqova 2 min manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib.
Qida qəbulundan sonra isə texniki heyət, işçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.
Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.
T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən olub.
Qeyd edək ki, T. Sadıqova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 14.10.2021
Xalq artistinin qızına hökm oxundu - FOTO
Hazırda oxunan: Xalq artistinin qızına hökm oxundu - FOTO
Hazırda oxunan: Xalq artistinin qızına hökm oxundu - FOTO
41577
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.