“İranda Azərbaycan əleyhinə aparılan təbliğat kampaniyasında əsas “ittiham”lardan biri guya Azərbaycanda sionist ünsürlər, yəni, İsrail qüvvələri mövcuddur”.
Bizim.Media xəbər verir ki, bu sözlər “YouTube” kanallarının birində yayımlanan videoda yer alıb.
Müəllif İranın Qarabağda İsrail hərbçilərinin olması barədə iddialarını cəfəng adlandırıb.
MÖVZU İLƏ BAĞLI:
İranın içindəki QURDLAR - Tehran Bakının yardımlarını niyə unutdu?
Sujetdə Prezident İlham Əliyevin bu ittihamlıara özünəməxsus formada cavab verməsinə də yer verilib. Lakin buna baxmayaraq İran öz iddiasından əl çəkmir. Çünki bu cəfəng ittihamları İranın yeni prezidenti İbrahim Rəisi də təkrarlayıb.
Videomaterialda türkiyəli ekspertin İranın iddialarına cavabı da var:
“İran İsraili Suriyada axtardı, tapa bilmədi. Yəməndə axtardı, tapa bilmədi. İndi də Qarabağda axtarır. Görək tapa biləcəkmi?”
Əslində isə İran İsraili elə İranın özündə axtarsa, yaxşıdır. Əgər İsrail kəşfiyyatı günün günorta çağında Tehranın ortasında ölkənin 1 nömrəli atom alimini aradan götürə bilirsə, deməli, İsrail elə İrandadır.
Daha ətraflı videoda:
Bizim.Media