Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsinin bu gün keçirilən iclasında erməni diasporu və ermənipərəst qüvvələrin anti-Azərbaycan səyləri puç olub.
Bizim.Media AzərTac-a istinadən xəbər verir ki, ermənipərəst deputatların gündəmə gətirdiyi sabiq işğalçı rejimin tanınması, onunla “diplomatik əlaqələrin” qurulması və Azərbaycana qarşı tədbirlərin tətbiqi, Türkiyənin Avropa İttifaqı üzvlüyünə dair danışıqların dərhal dayandırılması və digər cəfəng çağırışları əks etdirən bütün təkliflər səsvermədə qəti şəkildə rədd edilib.
Belçika Federal Parlamentinin Xarici əlaqələr komitəsi parlament çoxluğunun regionda gələcək barışığa və sülhə yönəlik ismarıcları olan qətnamə layihəsini təsdiq edib.
Qətnamə layihəsinin yekun mətninin gələcək plenar iclasların birində səsverməyə qoyulması gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:50 / 02.12.2020
Belçikada ermənipərəst qüvvələr məğlubiyyətə uğradı
Hazırda oxunan: Belçikada ermənipərəst qüvvələr məğlubiyyətə uğradı
Hazırda oxunan: Belçikada ermənipərəst qüvvələr məğlubiyyətə uğradı
4138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.