Azərbaycan və İran XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI – SON VƏZİYYƏT MÜZAKİRƏ EDİLDİ

Azərbaycan və İran XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI – SON VƏZİYYƏT MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycan və İran XİN rəhbərləri arasında TELEFON DANIŞIĞI – SON VƏZİYYƏT MÜZAKİRƏ EDİLDİ

41348

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Bizim.Media “İRNA” agentliyinə istinadən xəbər verir ki, XİN rəhbərləri iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə ediblər. Tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulayıblar. 

“Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlər var. İki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısı alınmalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

İranın xarici işlər naziri Bakıya və İrəvana gələcək


Əlaqələrin güclənən və artan istiqamətdə davam etməsi vacibdir. Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir”, - Hüseyn Əmir Abdullahiyan bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.

Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO