Enerji böhranı Avropada karbon tullantısını artıracaq 

Enerji böhranı Avropada karbon tullantısını artıracaq 

Hazırda oxunan: Enerji böhranı Avropada karbon tullantısını artıracaq 

0:00
0:00
41302

2020-ci ildə qlobal karbon emissiyası (atmosferə atılan karbon dioksid (CO2) qazı) rekord səviyyədə - 2 milyard ton azalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (BEA) məlumat yayıb.

Məlumata görə, keçən il koronavirus epidemiyasına qarşı tətbiq edilən məhdudiyyətlər nəticəsində karbon emissiyası 2019-cu illə müqayisədə 5,8 faiz azalıb.

Lakin bu il üçün ekoloji durumla bağlı xəbərlər heç də yaxşı deyil. 

Belə ki, Agentlik təxmin edir ki, iqtisadiyyatların bərpası və tələbat artımına görə bu il təxminən 1 milyard 500 milyon ton karbon emissiyası ilə tarixdə ikinci ən böyük artım olacaq. Bir çox ölkələr iqlim dəyişikliyi ilə mübarizədə emissiyaların azaldılması üçün hədəflər təyin etsələr də, bu ilin ilk aylarında Asiyada və yaz ayından etibarən Avropada başlayan enerji böhranı, təklif-tələb uyğunsuzluğu emissiyanın azaldılmasını risk altına alır.

Təbii qazın yüksək qiymətləri Avropada elektrik enerjisi istehsalında kömürə keçidi sürətləndirib.

Buna görə də bu ilin iyun-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi istehsalında kömürdən istifadə 15 faiz artıb. 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO