“Bilirik ki, sentyabrdan etibarən yoluxma sayları azaldı. İkinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib. Azərbaycan əhalisinə təşəkkür edirəm. Bunlara görə daha rahat şəkildə, sərt qapanmalara getmədən Azərbaycanda yaşaya bilirik”.
Bizim.Media-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar ölkəyə gətirilib:
“Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:26 / 12.10.2021
ÜST-dən Azərbaycan əhalisinə TƏŞƏKKÜR
Hazırda oxunan: ÜST-dən Azərbaycan əhalisinə TƏŞƏKKÜR
Hazırda oxunan: ÜST-dən Azərbaycan əhalisinə TƏŞƏKKÜR
0:00
0:00
41294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.