Qarabağdan gedən ermənilər:

Qarabağdan gedən ermənilər: "Ermənistanın istənilən bölgəsində yaşamağa hazırıq"

Hazırda oxunan: Qarabağdan gedən ermənilər: "Ermənistanın istənilən bölgəsində yaşamağa hazırıq"

41262

Qarabağdan gedən ermənilər bu gün Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, onlar Ermənistanın hər hansı bir bölgəsində yaşamağa razı olduqlarını bildiriblər və  ev verilməsini tələb ediblər.

"Keçən dəfə bizi söhbət üçün hökumətə dəvət etdilər, amma binaya girmək istəmədik. Sonra vəzifəli şəxslər yanımıza gəldilər. Hansı tədbirlərin görüldüyünü və prosesin necə getdiyini söylədilər. Dedilər ki, ən azından sosial problemlərimiz həll ediləcək və ehtiyacı olanlara vəsait ayrılacaq". Etirazçılardan biri Levon Ayriyan belə deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti yaşamaqla bağlı həyati məsələləri həll etmir:

“İndi hər ay adambaşına 25 min dram (50 dollar) verilir, ancaq bu məbləğlə yaşamaq mümkün deyil”.
 

Etirazçı bütün təhlükəsizlik məsələləri həll ediləcəyi təqdirdə Qarabağa qayıtmaq istədiyini bildirib. 


1 iyul 2021-ci il tarixinə olan informasiyaya görə, Qarabağdan Ermənistana gedən ermənilərin sayı 21615 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO