Deputatdan dini təhlükəsizliklə bağlı TƏKLİF 

Deputatdan dini təhlükəsizliklə bağlı TƏKLİF 

Hazırda oxunan: Deputatdan dini təhlükəsizliklə bağlı TƏKLİF 

41231

“Azərbaycanın qələbəsi ilə bir neçə dövlət barışa bilmir. Ona görə də müəyyən qruplar din pərdəsi altında ayrı-seçkilik salmağa, dövlətin həyata keçirdiyi siyasəti gözdən salmağa, Azərbaycan vətəndaşlarını dövlət əleyhinə qaldırmağa çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.  

C.Məmmədovun fikrincə, baş verən son hadisələr dini fəaliyyət sahəsində daha həssas və çevik qərarların qəbul edilməsini zəruri edir:  

“Hesab edirəm ki, Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran ən mühüm məsələlərdən biri dini təhlükəsizliyimizi, din sahəsində cərəyan edən proseslərə nəzarətin daha da gücləndirilməsi, Azərbaycan Respublikasının din siyasəti konsepsiyasının qəbul edilməsi və din sahəsində çevik qərarların qəbul edilməsidir”. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO