Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bizim.Media-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə A. Əhmədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il avqustun 7-də gecə saat 23 radələrində Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanın dənizdə boğularaq ölməsi ilə bağlı məlumat daxil olub.
Araşdırma nəticəsində 1986-cı il təvəllüdlü Anar Əhmədovun Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən istirahət mərkəzindən dənizə birlikdə daxil olduğu hamilə arvadı Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media
![Hamilə arvadını suda boğaraq öldürən şəxsin cəzası AÇIQLANDI Hamilə arvadını suda boğaraq öldürən şəxsin cəzası AÇIQLANDI](https://bizim.media/file/articles/2021/10/12/1634023861_1-4.jpg)
- A-
- A
- A+
Cəmiyyət
11:29 / 12.10.2021
Hamilə arvadını suda boğaraq öldürən şəxsin cəzası AÇIQLANDI
Hazırda oxunan: Hamilə arvadını suda boğaraq öldürən şəxsin cəzası AÇIQLANDI
Hazırda oxunan: Hamilə arvadını suda boğaraq öldürən şəxsin cəzası AÇIQLANDI
41225
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.