Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin təlimini izləyib, tapşırıqlar verdi - FOTO 

Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin təlimini izləyib, tapşırıqlar verdi - FOTO 

Hazırda oxunan: Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin təlimini izləyib, tapşırıqlar verdi - FOTO 

0:00
0:00
41114

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişatı ilə tanış olub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinqdə məruzə edib ki, komanda qərargah təlimində Xəzər dənizinin Azərbaycana məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə xəritə üzərində tapşırıqlar icra ediləcək. 

Qeyd edilib ki, təlimin əsas məqsədi komandirlərin və qərargah zabitlərinin döyüşün təşkili və aparılması zamanı yaranmış müxtəlif şəraitdə çevik qərar qəbul etmə və mövcud qüvvələrin səmərəli tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin bilik və bacarığının artırılmasıdır. 

Təlimə cəlb olunan heyət döyüş fəaliyyətləri zamanı bölmələrin fasiləsiz və qətiyyətlə idarə edilməsi üzrə tapşırıqları icra edirlər. 
 

HDQ-nin təlimə cəlb olunan heyətinin məruzələrini dinlədikdən sonra müdafiə naziri təlimin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib. 


Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO