Deputatın TIXAC ŞİKAYƏTİ: “Heç bir qurum məsuliyyəti üzərinə götürmür” – VİDEO 

Deputatın TIXAC ŞİKAYƏTİ: “Heç bir qurum məsuliyyəti üzərinə götürmür” – VİDEO 

Hazırda oxunan: Deputatın TIXAC ŞİKAYƏTİ: “Heç bir qurum məsuliyyəti üzərinə götürmür” – VİDEO 

41085

Fazil Mustafa Milli Məclisin iclasında çıxışı zamanı Bakının artan tıxac problemlərindən danışıb.

Bizim.Media xəbər verir ki, deputat paytaxtın tıxac probleminin fəlakət dərəcəsinə çatdığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə bu gün iki məsələ MÜZAKİRƏ OLUNACAQ 


“Bu gün yüz minlərlə sakin tıxaclardan əziyyət çəkir. Doğrudur, dünyanın bütün böyük şəhərlərində bu problem var. Lakin digər ölkələrdə hər hansı qurumun rəhbəri tıxaclarla bağlı gələcək perspektivdə görüləcək işlərlə bağlı açıqlama verir. Azərbaycan isə bunun məsuliyyətini daşıyan heç kim yoxdur. Yazıq yol polisi yesir günündə qalıb, tıxacları tənzimləməksə mümkün olmur. Şəhərdə yolların əksəriyyəti sanki tank əleyhinə qurulmuş maneələrə bənzəyir. Yolların çoxu da dalana dirənib və geri dönmək mümkün deyil”, - deyə çıxışında bilidirib.

Fazil Mustafa yağış sularının kanalizasiya xətlərinə axıdılmasının yalnız Azərbaycanda tətbiq olunan təcrübə olmasını da qeyd edib.

Murad Əhmədov, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO