Ankarada “Fulya” filminin təqdimatı oldu - FOTO

Ankarada “Fulya” filminin təqdimatı oldu - FOTO

Hazırda oxunan: Ankarada “Fulya” filminin təqdimatı oldu - FOTO

40926

Ankara şəhərində tanınmış türkiyəli telejurnalist Fulya Öztürkün 44 günlük Vətən müharibəsindəki fəaliyyətindən bəhs edən “Fulya” filminin qala gecəsi keçirilib.

Bizim.Media xəbər verir ki, qala gecəsində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də filmin baş qəhrəmanı Fulya Öztürk iştirak edib.

Film Vətən müharibəsi ilə bağlı həqiqətlərin media vasitəsilə dünya birliyinə çatdırılmasında Fulya Öztürkün fəaliyyəti əsasında çəkilib.
 

MÖVZU İLƏ BAĞLI:

Fulya Öztürklə bağlı “Fulya” filminin nümayişinə başlandı - FOTO


Müharibə kadrları və çəkilişlər Gəncə, Bərdə, Tərtər, Ağdam və Şuşada aparılıb. Böyük zəfərə aid kadrlar isə Bakı şəhərindəki izdihamlardan götürülüb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə, Ordumuzun qəhrəmanlığı, eləcə də işğalçı Ermənistanın mülki əhalimizi hədəf alması Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə dünya ictimaiyyətinə çatdırılıb.

Bu prosesdə telejurnalist Fulya Öztürkün reportyorluğu ilə “CNN Türk” telekanalının rolu adıçəkilən filmdə əksini tapır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO