Azərbaycanlı güləşçi yarımfinala yüksəldi 

Azərbaycanlı güləşçi yarımfinala yüksəldi 

Hazırda oxunan: Azərbaycanlı güləşçi yarımfinala yüksəldi 

40879

Norveçin paytaxtı Oslodakı dünya çempionatında Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub. 

Bizim.Media-nın məlumatına görə, 63 kq-da çıxış edən Taleh Məmmədov ilk görüşünda türkiyəli Mehmet Çekeri, ardınca isə Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edərək yarımnfinala vəsiqə qazanıb.

O, finala gedən yolda iranlı Meysam Dalxani ilə üz-üzə gələcək. 

Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO