Bələdiyyələr ucuz torpaq satır – Harada və neçəyə?

Bələdiyyələr ucuz torpaq satır – Harada və neçəyə?

Hazırda oxunan: Bələdiyyələr ucuz torpaq satır – Harada və neçəyə?

0:00
0:00
40861

Azərbaycanda növbəti torpaq hərrac və müsabiqələri keçiriləcək.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac və müsabiqələr noyabrın 11-də saat 15.00-da baş tutacaq.

Hərraca Abşeron, Sumqayıt, Sabirabad, Salyan, Hacıqabul, Şəmkir, Tovuz, Quba, Qusar, Balakən, Oğuz rayonlarında yerləşən torpaq sahələri çıxarılıb. Həm satış, həm də icarə məqsədilə torpaq sahələri təklif olunur.

Rayon bələdiyyələrinin satışa çıxardığı torpaq sahələri fərdi evlərin tikilməsi, sahibkarlıq və kənd təssərrüfatı təyinatlıdır.

Qiymətlərə gəlincə, torpaq sahələrinin ilkin qiymətlərinin açıq bazardan daha ucuz təklif olunduğu müşahidə edilir.

Fərdi evlərin tikintisi üçün təklif olunan torpaq qiymətlərində bir qədər Oğuz rayon bələdiyyəsinin təklifləri daha yüksək qiymətlərinə görə fərqlənir. Belə ki, bu rayonda 12 sot torpaq sahəsi 2400 manatdan təklif olunur. 

Ətraflı məlumatla Xidmətin rəsmi saytında tanış olmaq mümkündür.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO