Nazir voleybol federasiyasının fəaliyyəti ilə tanış oldu - FOTO

Nazir voleybol federasiyasının fəaliyyəti ilə tanış oldu - FOTO

Hazırda oxunan: Nazir voleybol federasiyasının fəaliyyəti ilə tanış oldu - FOTO

40786

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Voleybol Federasiyasının fəaliyyəti ilə tanış olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. F.Qayıbov yeniyetmə və gənc voleybolçularla görüşüb, onların məşq proseslərini izləyib.

Nazir Voleybol Federasiyasında yaradılmış şəraitlə də maraqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qadın voleybolçular arasında Avropa çempionatının finalçıları məlum oldu


Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev nazirə qururumun fəaliyyəti, yarışlara hazırlıq, regionlarda voleybol bölmələrinin təşkili, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Cəlil Cəfərov, vitse-prezident Əbülfəs Hüseynov, baş koordinator Zöhrab Gözəlbəyli və yeniyetmələrdən ibarət milli komandanın baş məçqçisi Alla Həsənova iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO