"Yaxşı oynasanız, hamı sizi tərifləyəcək" - Emin Mahmudov

Hazırda oxunan: "Yaxşı oynasanız, hamı sizi tərifləyəcək" - Emin Mahmudov

40769

"Millidə nəticə vermək üçün yaxşı oynamaq lazımdır. Yığmada məsuliyyət daha çoxdur. Bu barədə danışmaq bir az çətindir. Sadəcə, meydana çıxıb ən yaxşısını etməlisən. Alınsa, hamı sizi tərifləyəcək".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Bakıda İrlandiya millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi ölkə xaricində oynayan futbolçuların yığmada istənilən səviyyədə çıxış etməməsinin səbəbinə də toxunub. O bildirib ki, legionerlərə vaxt lazımdır:

"Mahir Emreli bizi Polşada çox yaxşı təmsil edir. Görürlər ki, bizdən də yaxşı futbolçular çıxır. Həm Mahirin, həm də digər legionerlərin millidə də inamlı çıxış edəcəyinə inanıram".

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - İrlandiya görüşü saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO