Ordumuz qışa belə hazırlaşır - VİDEO 

Ordumuz qışa belə hazırlaşır - VİDEO 

Hazırda oxunan: Ordumuz qışa belə hazırlaşır - VİDEO 

40744

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub. 

Döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Yüksək dağlıq və sərt iqlim şəraiti olan ərazilərimizdə dislokasiya olunan bölmələrə normadan əlavə təminat və təchizat vasitələri ayrılıb. 

İşğaldan azad edilən ərazilərimizdə dislokasiya olunan Azərbaycan Ordusunun bölmələrinin qış mövsümünə hazırlığına və təminat təchizatına xüsusi diqqət yetirilir.

Şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verəcək. 

Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtgü materialları mövsümü tələblərə uyğun olaraq dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO