Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin mühafizəçisi Niyamməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Niyamməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28,281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlara etməyə hazırlıq) və 233-1.2.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddələri ilə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:03 / 08.10.2021
AXCP sədrinin mühafizəçisi HƏBS OLUNDU
Hazırda oxunan: AXCP sədrinin mühafizəçisi HƏBS OLUNDU
Hazırda oxunan: AXCP sədrinin mühafizəçisi HƏBS OLUNDU
40726
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.