Moskva Zəngəzurla bağlı İrana yerini göstərib - Elşad Mirbəşiroğludan ÖZƏL...

Moskva Zəngəzurla bağlı İrana yerini göstərib - Elşad Mirbəşiroğludan ÖZƏL...

Hazırda oxunan: Moskva Zəngəzurla bağlı İrana yerini göstərib - Elşad Mirbəşiroğludan ÖZƏL...

40594

Millət vəkili Elşad Mirbəşiroğlunun fikrincə, Rusiya və İran XİN rəhbərləri arasında baş tutan görüş hər şeydən öncə onu göstərdi ki, Rusiya Cənubi Qafqaz regionunda istənilən formada gərginliyin artmasına qarşıdır.

Bizim.Media üçün ünvanladığı özəl şərhində deputat Lavrovdan da da sitat gətirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Zəngəzurda yeni yolun tikintisinə 11 milyon dollar ayırıb?


Belə ki, Rusiya XİN rəhbəri bildirib ki, Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması, “3+3” formatında əməkdaşlığın həyata keçirilməsi bütün bölgə ölkələrinin maraqlarına cavab verir. Kommunikasiyaların açılması isə zəruridir. 

Elşad Mirbəşiroğlu düşünür ki, Lavrov bununla Zəngəzur dəhlizinin açılmasının da Rusiyanın maraqlarına cavab verdiyini ifadə etmiş oldu:

“Bu, İrana bir mesaj idi ki, İran Zəngəzur koridoru ilə bağlı mövqelərini dəyişmiş olsun. Çünki İran Zəngəzur dəhlizinin açılmasından narahatlığını aşkar formada biruzə verməkdədir. Abdullahiyan (İranın XİN rəhbəri) da bildirdi ki, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar İranı narahat edir. Lavrov müəyyən məqamlar üzərindən İrana çatdırdı ki, Rusiya Cənubi Qafqazda yeni geosiyasi reallıqları əsasən bölgədə yeni əməkdaşlıq, təhlükəsizlik məsəələrinin etibarlı həll olunması imkanlarının yaranmasında görür. 

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, İranın Azərbaycanla bağlı Rusiyanın müəyyən mövqeyinin formalaşmasına çalışdığını Əmir Abdullahiyanın toxunduğu məqamlardan görmək olurdu.


Məsələn İran xarici işlər naziri bildirdi ki, o, Azərbaycanla Türkiyənin Xəzər dənizində birgə təlimlərindən narahatdır. Bunun müqabilində Lavrov İrana irad bilirməyi də unutmadı. Belə ki, Lavrov 2018-ci ilin avqust ayında Aktauda Xəzəryanı ölkələr tərəfindən Xəzərin hüquqi statusu haqqında imzalanmış konvensiyanın İran tərəfindən ratifikasiya olunmadığını bildirməklə məsələnin üzərindən keçmiş oldu. Bu da o anlama gəlir ki, Rusiya Azərbaycan-Türkiyə birgə təlimlərindən narahat deyil. Bununla da İranın bu məsələ ilə bağlı da cəhdləri boşa çıxmış oldu”.

Millət vəkili diqqəti cəlb edən digər məqamlardan da bəhs etdi:

“Diqqət çəkən nüanslardan biri də ondan ibarət oldu ki, İran regionda sionizm və terrorizmin mövcudluğundan narahatlığını bildirib. Lavrov yenə də məsələyə hər hansı bir reaksiya nümayiş etirmədi.
 

Bu da o deməkdir ki, Rusiya sözügedən məsələlərlə bağlı təhlükənin olmadığı mövqeyindədir. Və İran tərəfinin belə bir ittihamları tam əsassızdır. 


Ümumilikdə qeyd etmək istərdim ki, İranın xarici işlər nazirinin Rusiyaya səfərinin nəticəsi ondan ibarət ola bilər ki, İran öz mövqelərini əhəmiyyətli dərəcədə yumşaldacaq və Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqların ruhuna uyğun olaraq imkanlardan yararlanmağa çalışacaqdır. Bu istiqamətdə də əsasən regionun ən potensiallı ölkəsi olan Azərbaycanla münasibətlərə və əməkdaşlığa xələl gətirməkdən çəkinmək yolunu tutacaq”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO