Türkiyənin və NATO-nun reaktiv təyyarəsinin ilk qadın pilotu-azərbaycanlı Ləman Bozkurt 1932 -ci ildə Qars vilayətinin Sarıqamış şəhərində azərbaycanlı (Qarapaq etnik qrupu) ailəsində anadan olub.
Litseyi bitirdiyi il “Türkkuşu İnönü” təsislərində planer təhsili alıb. Dərhal ardından “Türkkuşu” motorlu məktəbinə müəllim namizədi olaraq qatılıb.
1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca o, İzmir Hava hərb məktəbinə müraciət edir və 1955-1957 ci illərdə burada təhsil alır.
Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla L.Bozkurt reaktiv təyyarə pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna gedir və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayır. Reaktiv pilotu olan Ləman Bozqurd 9 il F-84 və T-33 reaktiv təyyarələrinin pilotu olub.
Daha sonrakı illərdə isə o, hava qüvvələrinin qərargah xidmətlərində fəaliyyətini davam etdirib.
Personal plan və Mərkəz şöbələrinin müdiri olaraq vəzifəsi yerinə yetirən Ləman Bozqurd Altınçəkic polkovnik olaraq ehtiyata buraxılıb. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olub.
Ləman Bozqurd Altınçəkic 4 May 2001-də İzmirdə vəfat edib.
Vüsalə Balayeva, Bizim. Media

- A-
- A
- A+
Cəmiyyət
10:49 / 07.10.2021
NATO-nun ilk qadın reaktiv təyyarə pilotu azərbaycanlı olub - FOTO
Hazırda oxunan: NATO-nun ilk qadın reaktiv təyyarə pilotu azərbaycanlı olub - FOTO
Hazırda oxunan: NATO-nun ilk qadın reaktiv təyyarə pilotu azərbaycanlı olub - FOTO
40501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.