Bağdad Amreyev: “Hazırda Şərq-Qərb istiqamətində yeni dəhlizləri dəyərləndiririk

Bağdad Amreyev: “Hazırda Şərq-Qərb istiqamətində yeni dəhlizləri dəyərləndiririk"

Hazırda oxunan: Bağdad Amreyev: “Hazırda Şərq-Qərb istiqamətində yeni dəhlizləri dəyərləndiririk"

40453

“Türkiyədə keçirilən Nəqliyyat və Kommunikasiya Şurasının 12-ci iclası çərçivəsində logistika imkanlarının perspektivləri müzakirə olunur".

Bizim.Media xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev bildirib.

Onun sözlərinə görə, bu gün beynəlxalq səviyyədə daşınacaq yüklərin həcmi sürətlə artır, yükdaşımada 2-2,5 dəfə artım müşahidə edilir:
 

MÖVZU İLƏ BAĞLI:

''Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq'' - Bağdad Amreyev


“Bu, böyük göstəricidir. Bu istiqamətdə uğura nail olmaq üçün yeni marşrutlar və həll yolları lazımdır. Hazırda yeni marşrutlar var və biz onları dəyərləndiririk".

B.Amreyev ölkələr arasında bu sahədə mövcud olan qanunvericiliyin bir-birinə uyğunlaşdırılması ilə bağlı iş aparıldığını deyib:

“Hazırda Şərq-Qərb istiqamətində yeni dəhlizləri dəyərləndiririk. Buraya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi də aiddir. Həmçinin beynəlxalq yükdaşımada rüsumların azaldılması əsas müzakirə mövzularından biridir”.

O, Nəqliyyat və Kommunikasiya Şurasının 12-ci iclasında çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunduğunu bildirib:
 

“Azərbaycanın tarixi qələbəsindən sonra nəqliyyat sahəsində yükdaşımaların daha yüksək səviyyəyə çatdırılması üçün tarixi imkanlar yaranıb.


Bunları reallaşdırmaq üçün iradə olmalıdır. Belə bir iradəni Azərbaycan Prezidenti İlham Əliyev nümayiş etdirir. Bu isə tarixi məqamı maksimum dəyərləndirmək üçün böyük şansdır. Ermənistanın da bu mövzuda konstruktiv mövqedən çıxış edəcəyinə ümid edirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO