Beynəlxalq Siyasi Gənclər Forumu Türküstan vilayətində təşkil olunub.
Bizim.Media xəbər verir ki, vilayətin “Tau Samali” istirahət mərkəzində bu ölkənin aparıcı partiyası - “Nur Otan” partiyasının gənclər qanadı olan “Jas Otan” təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin və digər qurumların birgə təşkilatçılığı ilə Beynəlxalq Siyasi-Gənclər Forumu öz işinə başlayıb.
Qazaxıstanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş və 4 gün ərzində davam edəcək Forumun əsas məqsədi gənclərin liderlik, nitq və kommunikasiya qurmqa bacarıqlarını inkişaf etdirmək və komanda və şəbəkə yaratmaq qabiliyyətlərini, onların informasiya texnologiyalarına, o cümlədən, xeyriyyə işlərində iştiraka olan maraqlarını artırmaqdır.
Forumun açılış mərasimində İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov, “Jas Otan” təşkilatının sədri Nurjan Jetpisbayev, eləcə də İƏT Gənclər Forumu Katibliyinin koordinatoru Yunus Çolak çıxış ediblər.
Qazaxıstanın tanınmış elm adamları, aparıcı dövlət qurumlarının nümayəndələri tərəfindən aparılan təlim və seminarlarda Azərbaycan, Türkiyə, Pakistan və dünyanın digər ölkələrindən olan gənclər iştirak edirlər.
Forum çərçivəsində Azərbaycanın böyük şairi Nizami Gəncəvinin yaradıcılığı tanınmasına xüsusi yer verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:53 / 06.10.2021
Qazaxıstanda Beynəlxalq Siyasi Gənclər Forumu keçirilir - FOTO
Hazırda oxunan: Qazaxıstanda Beynəlxalq Siyasi Gənclər Forumu keçirilir - FOTO
Hazırda oxunan: Qazaxıstanda Beynəlxalq Siyasi Gənclər Forumu keçirilir - FOTO
40439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.