İran Ermənistana qoşun göndərə bilərmi? – Hüquqi və mövcud REALLIQLAR 

İran Ermənistana qoşun göndərə bilərmi? – Hüquqi və mövcud REALLIQLAR 

Hazırda oxunan: İran Ermənistana qoşun göndərə bilərmi? – Hüquqi və mövcud REALLIQLAR 

40428

Son dönəmlərdə İran rəsmilərindən gələn açıqlamalar regionda gərginliyin artmasında mühüm rol oynayıb. Xüsusilə də, hərbi təhdidlər axır həftələrdə rəsmi Tehran nümayəndələrinin leksikonunda özünə yer tapmağı bacarıb. 

İran tərəfinin ən iddialı təhdidləri isə Ermənistanın ərazi bütövlüyü ilə bağlı səsləndirilir. Belə ki, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” şəklində açıqlamalar verən rəsmi Tehranın həqiqətən də dilinə görə dilçəyinin olub-olmayacağı əsas müzakirə mövzusudur?

İranın Ermənistana ordu göndərməsi nə qədər realdır?

Bu sualı Bizim.Media üçün cavablandıran hərbi ekspert Şair Ramaldanov bu iddiaların o qədər də inandırıcı olmadığını bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

“İran "Ermənistan hakimiyyəti"ndən daha çox Zəngəzurun qayğısına qalır” – Erməni ekspert rəsmi Tehranın iç üzünü açdı


“Rusiya ilə olan müqaviləyə əsasən, ölkənin təhlükəsizliyinin zəmanəti Moskvadadır. Hər hansı üçüncü dövlətin Ermənistan sərhədlərini pozması durumunda Rusiya cavab tədbirləri görəcək. Hətta Ermənistanın İran və Türkiyə ilə sərhədləri də Rusiya hərbçiləri tərəfindən qorunur. İrandan gələn bu cür fikirlər isə, yəqin ki düşünülmüş şəkildə səsləndirilməyib”.

Şair Ramaldanov Zəngəzur dəhlizi məsələsinin də artıq üçtərəfli razılaşdırılmış layihə olduğunu, eyni zamanda sözügedən ərazinin Ermənistana məxsus olmasını və Rusiya hərbçiləri tərəfindən qorunduğunu da sözlərinə əlavə edib. Və bundan başqa İranla Ermənistan arasında hərbi müdaxilələr haqqında heç bir hüquqi sənəd öz əksini tapmayıb. 

Məsələnin digər aspektlərinə gəlincə…

İranın Ermənistana hərbi qüvvə göndərməsi kimi iddialı açıqlamalarını reallıqdan uzaq ehtimala çevirən digər faktorlar da mövcuddur:

1. ABŞ-ın Ermənistandakı mövqeyi. Xüsusilə də, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Cənubi Qafqazda təsir “rıçak”ları əldə etmək istəyən Vaşinqtonun Ermənistana marağı birə-beş artıb. Xüsusilə də, ABŞ-ın Ermənistandakı səfirliyinin Ağ Evin xarici ölkələrdəki ən böyük 2-ci nümayəndələiyi olduğunu nəzərə alsaq, İranın qeyd olunan addımı atmasının mümkün olmadığını söyləyə bilərik.

2. Rəsmi İrəvanın özü də İranın “dost əli”ni geri çevirməyə məcburdur. Ona görə ki, ilk növbədə Paşinyanın özü də Qərbin adamıdır və Nikolun onu hakimiyyətə gətirən güclərin əqidəsinə qəti şəkildə zidd olan bu addımı atması mümkün görünmür. Rusiyanın da bu məsələdə Ermənistana göz yumacağı real görünmür. İran 1828-ci ildəki müqavilələrdə təsbit olunmuş sərhədlərdən bir tüfəng keçirsə, səsi Tehranda eşidiləcək. O, yaxşı başa düşür ki, Rusiya bunu əla bacarır. 

3. İranın özü də bu cür riskə getməz. Çünki bu rəsmi Tehranın regiondakı qonşuları ilə olan-qalan əlaqələrinin üzərindən də birdəfəlik xətt çəkəcək. Xüsusilə də, İranın Ermənistana qoşun göndərəcəyi təqdirdə rəsmi Ankaranın və Bakının Tehranla münasibətlərinə ağır zərbə vuracağından sanksiyalarla boğuşan ölkənin bir də region ölkələrinin qadağalarına tab gətirəcək halı yoxdur. İran iqtisadiyyatı onsuz da riskə altındadır. Ondan başqa, Türkiyəni heç bu məsələyə qatmasaq belə, 2005-ci ildə İrana hücum üçün ərazisini üçüncü ölkəyə təslim etməyən Azərbaycanın da edə biləcəyi çox şey var. 

Bütün bunları nəzərə alaraq demək olar ki, İranın son günlərdəki hərbi ritorikası elə ritorika olaraq da qalacaq.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO