İran 86 azərbaycanlı tələbəni niyə girov saxlayır? – Qumda və Xorasanda AGENTURA ŞƏBƏKƏSİ

İran 86 azərbaycanlı tələbəni niyə girov saxlayır? – Qumda və Xorasanda AGENTURA ŞƏBƏKƏSİ

Hazırda oxunan: İran 86 azərbaycanlı tələbəni niyə girov saxlayır? – Qumda və Xorasanda AGENTURA ŞƏBƏKƏSİ

40388

Dini təhsil hər bir dövlət üçün çox ciddi və həssas mövzudur.  Çünki bu sahə dövlətin və cəmiyyətin ideoloji, ictimai və milli təhlükəsizliyi ilə bağlıdır. Bu reallıq nəzərə alınaraq, mövcud qanunvericilik bazasına vaxtı ilə dini təhsillə bağlı müddəa salınıb. 

Bu günün reallığını isə nəzər salsaq, dini təbliğatın geniş yayılmasının, bu fonda gənclərin yön dəyişməsinin şahidi oluruq. Bu da ölkəyə dini təhsil adı altında kənar qüvvələrin müdaxiləsini artırır.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Son zamanlar isə İran dövlətinin bir-birinin ardınca etdiyi təxribatlar bu mövzunu yenidən gündəmə gətirib və bəzi gizlin məqamların gün üzünə çıxmağına səbəb olub. Bəzi mənbələrin iddialarına görə, təhsil adı ilə Quma və İranın başqa şəhərlərinə aparılan tələbələr daha sonradan Azərbaycan əleyhinə casusluq edərək, agentliklə məşğul olurlar. Bir çox hallarda isə gənclər buna müəyyən məbləğ qarşılığında “razı salınırlar”, buna razı olmayanlar isə, müxtəlif yollarla şantaj olunaraq bu işə sövq edilirlər. 

Bu necə baş verir?

Politoloq Rövşən Novruzoğlu Bizim.Media-ya bu faktları təsdiqləyib.

O, bildirib ki, hətta İranda təhsilini bitirən 86 tələbə var ki, Azərbaycana bu gün də qayıda bilmirlər. Müxtəlif səbəblərlə onlar orada girov kimi saxlanılır ki, lazım olan zaman onların tapşırıqlarını yerinə yetirsinlər:

“Təhsilini başa vurub, bura qayıdan azərbaycanlı tələbələrin demək olar ki, 80 % nəzarət altında olurlar. Onlar müxtəlif üsullarla ələ alınırlar. Azərbaycandan gedən tələbələrə İrana çatan kimi xüsusi proqram vasitəsilə casusluğa cəlb olunurlar. Hərənin öz iş üsulu olur. Məsələn Xorasan da təhsil alan tələbələr bir cür, Qumdakılar isə başqa cür ələ alınırlar. Onlar əsasən pulla şirnikləşdirilillər”. 

Politoloq söhbət əsnasında qeyd edib ki, belə tələbələr əsasən sərhəd bölgələrində fəaliyyət göstərirlər. 

“Bundan başqa bu tələbələr təhsillərini bitirdikdən sonra bir çox hallarda sərhəd bölgələrinə paylaşdırılıllar. Onlar burada dini ayinləri yerinə yetirmək adı altında oturub, casusluqla məşğul olurlar. Bəzən tələbənın İranda nə fakultəsini bitirməyi belə bəlli olmur. Bitirir, dönür bura, lazım olanda da bu “tələbələr”dən istifadə olunur”.

Sonda R.Novruzoğlu İran erməni dostluğu haqqında bir həqiqəti də diqqətə çatdırıb. Onun sözlərinə görə, İranda bəzi dini məktəblərdə Azərbaycana qarşı erməni kəşfiyyat qrupu hazırlanır.

“Bizdə olan məlumata görə, bir müddət əvvəl Tehran, Təbriz, Qum, İsfahan və Urmiyə şəhərlərinin dini məktəblərində Azərbaycan dilini səlis bilən ermənilərdən ibarət qruplar yaradılıb. Onlardan həm azərbaycanlı tələbələri ələ keçirmək, həm də Azərbaycana qarşı təxribat və qara piarda istifadə edirlər. Bu cəsuslar 4 qrupda fəaliyyət göstərirlər. Bunlar Manukyan, Atom, Sarkisyan – Martirosyan və Zolyan qruplarıdır”.




Bu cür halların qarşısı necə alınmalıdır?

Milli Məclisin deputatı Fazil Mustafa isə düşünür ki, bu cür hallar birbaşa ölkənin təhlükəsizliyinə təhdiddir.

“İstər İrana, istərsə də digər xarici ölkələrə dini təhsil almaq üçün gedənlərə ciddi nəzarət olunmalıdır. Bu həm dövlət xətti ilə, həm də öz istəyi ilə gedənlərə şamil olunmalıdır. Hətta vaxtilə Dini Qurumlar Üzrə Dövlət Komitəsinin sədr vəzifəsinə İranın arzuladığı adamlardan biri təyin olunmuşdu. Ona görə də biz birinci növbədə burda bəndi-bərəni möhkəmlətməliyik ki, əks halda belə məsələlərdə Azərbaycanın maraqlarına zidd addımların sayı daha çox olacaq. Biz çalışmalıyıq ki, belə məsələlərdə ən azından müəyyən problemlərin həll olunmasında indidən təhlükəsizlik tədbirləri görə bilək”.




Bəs onlar orada necə ələ keçirilir və buna səbəb nə olur?

İlahiyyatçı Elşad Miri də düşünür ki, bu cür halların qarşısının alınmasında hər zaman Dövlət Təhlükəsizlik Xidməti məşğul olub və olmaqda da davam edir:

“Burada başqa bir məsələ də var. İrana təhsil üçün gedən tələbələrdən biz niyə dövlətimiz üçün istifadə etməməliyik? Onları elə şəkildə yetişdirmək və seçim aparmaq lazımdır ki, mollaların təsiri altina düşməsinlər, əksinə öz ölkələri üçün faydalı olanı öyrənib, həm dini-elmi, həm də dövlətçilik baxımından Azərbaycana gətirsinlər. Kənar yollarla dini təhsil almağa gedənlər isə xüsusi siyahılara salınmalı və onların fəaliyyəti həmişə nəzrətdə olmalıdır”. 

Elşad Miri həmçinin bildirib ki, dini təhsillə bağlı özbaşına İrana və ya hər hansı ölkəyə gedənlərə xəbərdarlıq olunmalı, hətta burada işlə təmin edilməməlidirlər. Dövlət, QMİ bu məsələni xüsusi nəzarətə götürməlidir.




Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO