Saakaşvilinin ilk həyat yoldaşı: “O, siyasi məhbusdur və təcili azad edilməlidir”

Saakaşvilinin ilk həyat yoldaşı: “O, siyasi məhbusdur və təcili azad edilməlidir”

Hazırda oxunan: Saakaşvilinin ilk həyat yoldaşı: “O, siyasi məhbusdur və təcili azad edilməlidir”

40370

Gürcüstanın sabiq birinci xanımı Sandra Rulofs deyib ki, oktyabrın 1-də Gürcüstana gələndə həbs edilən əri, keçmiş prezident Mixail Saakaşvili siyasi məhbusdur və təcili azad edilməldir.

Bizim.Media xəbər verir ki, bu haqda Sandra sosial şəbəkədə yazıb.

"Gürcüstan vətəndaşı olaraq onun azadlığa buraxılması tələbinə tam şəkildə qoşuluram", - Rulofs belə deyib.

O, Saakaşvilinin ukraynalı siyasətçi Yelizaveta Yasko ilə ailə qurduğu barədə yayılan görüntülərə də münasibət bildirib:

"Gizlətməyəcəyəm, videonun məzmunu mənim üçün gözlənilməz idi və forma tamamilə qəbuledilməzdir".

"Şəxsi duyğularıma baxmayaraq sakitəm və bu döyüşdən qalib çıxacağımıza inanıram" deyə Rulofs vurğulayıb.

Xatırladaq ki, oktyabrın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəyə qayıdan Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılaraq nəzarətə alındığını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO