Azərbaycan-Ermənistan dialoqu – “Azərbaycanlıları da başa düşmək gərəkdir” – İskandaryan – VİDEO

Azərbaycan-Ermənistan dialoqu – “Azərbaycanlıları da başa düşmək gərəkdir” – İskandaryan – VİDEO

Hazırda oxunan: Azərbaycan-Ermənistan dialoqu – “Azərbaycanlıları da başa düşmək gərəkdir” – İskandaryan – VİDEO

40347

“Azərbaycanlılarla ermənilər arasında birbaşa dialoq lazımdır. Bu, bəzi şeyləri anlamaq üçün önəmlidir. Spinozanın bir sözünü çox sevirəm: Ağlamamaq, gülməmək, başa düşmək. Azərbaycanlıları da başa düşmək gərəkdir. Bir-birini görmək, anlamaq vacibdir. Lakin demək olar ki, bu mümkünsüzdür”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın ekspert-analitik mərkəzi olan Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan REAL partiyasının üzvü Natiq Cəfərli ilə canlı debatda dilə gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ən çətin problemlərlə üzləşir” – Paşinyanın ETİRAFI


Natiq Cəfərli isə azərbaycanlılarla ermənilər arasında dialoqun mümkünlüyü barədə maraqlı fikirləri söyləyib:

“Çətindir, amma dialoqu qurmaq lazımdır. Hər iki xalq anlamalıdır ki, qonşuluqda yaşayacağıq. Əsrlər boyu bu belə olub və davam edəcək. Anlamaq gərəkdir ki, nə azərbaycanlılar burdan Marsa, nə də ermənilər Yupiterə uçası deyil. Birgə yaşamalıyıq və bunun üçün isə ünsiyyətdə olmaq lazımdır”.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO