Futbol matçından sonra kütləvi dava: Referi döyüldü - VİDEO

Futbol matçından sonra kütləvi dava: Referi döyüldü - VİDEO

Hazırda oxunan: Futbol matçından sonra kütləvi dava: Referi döyüldü - VİDEO

4032

Özbəkistan Pro-liqasının son turunun "Neftçi" - "Turan" oyunu kütləvi dava ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, Superliqaya vəsiqə uğrunda matçda 0:1 hesabı ilə uduzan meydan sahiblərinin futbolçuları final fitindən sonra baş hakimə hücum çəkiblər. Oyunçulardan biri ayaq zərbəsi ilə referini yerə sərib.

Ardınca Fərqanə təmsilçisinin azarkeşləri də meydana daxil olaraq, davada iştirak ediblər.

"Neftçi" futbolçularının narazılığının səbəbi hələlik məlum deyil. İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra ikinci pillədə qalan "Neftçi" Superliqaya çıxmaq şansını itirib. (Report)

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO