Prezident Administrasiyasının rəsmilərinin müşayiəti ilə Azərbaycanda fəaliyyət göstərən QHT və İctimai birliklərin üzvlərindən ibarət 70 nəfərlik nümayəndə heyəti Gəncəyə səfər edib.
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Vətən müharibəsində Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxlərin xatirəsini anmaq üçün dağılan əraziləri ziyarət edib.
MÖVZU İLƏ BAĞLI:
QHT təmsilçiləri Şuşada - FOTO
Səfər çərçivəsində Gəncənin Heydər Əliyev Mərkəzində yerli QHT nümayəndələrinin də iştirakı ilə konfrans keçiriləcək, Nizami Gəncəvinin məqbərəsi ziyarət olunacaq.
Bizim.Media