İlham Əliyev: “Bəyanatda Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması təsbit edilib“

İlham Əliyev: “Bəyanatda Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması təsbit edilib“

Hazırda oxunan: İlham Əliyev: “Bəyanatda Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması təsbit edilib“

3982

“Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılmasının bəyanatda təsbit edidiyini vurğulayıb:

“Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir”.

Prezident əlavə edib ki, hər kəs regiondakı mövcud reallıqla  barışmalıdır:

“Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı. Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO