Paşinyan məhkəmə sədrlərini “ələ almaq” istəyir

Paşinyan məhkəmə sədrlərini “ələ almaq” istəyir

Hazırda oxunan: Paşinyan məhkəmə sədrlərini “ələ almaq” istəyir

3971

Ermənistanın baş naziri Paşinyanın xüsusi tapşırığı əsasında məhkəmə sədrlərinin hökumət nümayəndələri ilə görüşünü ölkə hüquqşünasları qanuna zidd addım kimi qiymətləndiriblər.

Bizim.Media-nın erməni KİV-nə istinadla verdiyi məlumata görə, onlar, toplantıya səbəbi hakimlərin son zamanlar hökumətdən aldığı siyasi sifarişləri yerinə yetirməkdən imtina etməsi ilə əlaqələndiriblər:

“Paşinyan onları "ram etməyə" çalışır. Apelyasiya Məhkəməsinin sədri Vazgen Rştuni iclasda iştirak etməyib․ Onun "Artsax”ı (Qarabağ-red.) təhvil verən "xain"lə görüşdən imtina etdiyi bildirildi. Ancaq dünən Rştuni bizə nasaz olduğunu, koronavirus testindən keçdiyini və bu səbəbdən iclasda iştirak etmədiyini bildirib” - deyə erməni mediası yazıb.

Apelyasiya Məhkəməsinin sədri isə  məlum toplantıda olmaq və iclasın nədən bəhs etdiyini, hansı söhbətlərin baş tutduğunu bilmək istədiyini dilə gətirib:

“Görüşün məqsədindən xəbərsizəm və həmkarlarımla danışa bilmədim. İclas hakimlərin müstəqilliyinin artırılmasına aiddirsə, təbii ki, bunu müsbət hesab edərəm”.

O, həmçinin iki il yarım müddətində belə bir görüşün keçirildiyini xatırlamadığını deyib.

Jurnalistlər hazırkı ağır situasiyada bu cür görüşün məqsədinin təcrübəli hakimə niyə aydın olmadığını soruşublar. O isə belə cavab verib: "Elə mən də buna görə deyirəm ki, iclasın hansı səbəbdən reallaşdırılmasını anlamaq üçün həmkarlarımla danışmalıyam".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO