Azərbaycana ən çox hansı yağlar gətirilir? – RƏSMİ 

Azərbaycana ən çox hansı yağlar gətirilir? – RƏSMİ 

Hazırda oxunan: Azərbaycana ən çox hansı yağlar gətirilir? – RƏSMİ 

39699

2021-ci ilin yanvar–avqust aylarında müxtəlif ölkələrdən Azərbaycana 9 942 ton kərə yağı idxal edilib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 8 ayda idxal edilmiş kərə yağının dəyəri 50 milyon 111 min dollara bərabər olub. 

Kərə yağı idxalının ümumi idxalda payı cəmi 0,59 faiz olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkəmizə 11 min 702 ton kərə yağı gətirilib. Onun statistik dəyəri isə 57 milyon 917 min dollara bərabər olub. Müqayisə üçün qeyd edək ki, bu ilin 8 ayı ərzində Azərbaycana gətirilən 101 min 988 ton bitki və heyvan mənşəli piy və yağların idxalına görə 140 milyon 674 min dollar vəsait ödənilib.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO