BƏƏ Liviyanın cəzalandırılmasını istəyir

BƏƏ Liviyanın cəzalandırılmasını istəyir

Hazırda oxunan: BƏƏ Liviyanın cəzalandırılmasını istəyir

3968

Neft hasilatında mübahisələr çözülmür, "OPEC+" nazirlərinin görüşü təxirə salındı.
Dünya neft bazarlarında yaranmış vəziyyəti sadəcə bu üç fikirlə formalaşdırmaq olar.
Dekabrın 1-də keçirilməsi planlaşdırılan "OPEC+" (OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlər toplantısı təxirə salınıb.

Bizim.Media bu barədə TASS mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, görüş 3 dekabr tarixində, Bakı vaxtı ilə saat 17:00-da video-konfrans formatında keçiriləcək. İclasdan əvvəlki vaxt isə qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə ediləcək.

Qeyd edək ki, bundan əvvəl "OPEC+" ölkələri 2021-ci ilin ilk aylarında neft hasilatının hansı həcmdə azaldılması barədə bir fikir birliyinə gələ bilməmişdi. 

Bu dəfəki iclasda isə neft hasilatı ilə məşğul olan ölkələrin bəzilərinin tələbi ilə istehsalın 2 mln. barel artırılması müzakirə edilməli idi.

Neft-qaz üzrə ekspert İlham Şabanın deməsinə görə, bu məntiqdən kifayət qədər uzaqdır. Çünki hazırda neft qiymətlərinin düşdüyü şəraitdə bel bir addımın atılması qiymətlərin bir daha kəskin düşməsi ilə nəticələnə bilər:

“Neft məhsullarına təlabat pandemiyaya görə, xeyli aşağı düşüb. Hazırda dünyanın bir çox neft emalı müəssisələri tam gücü ilə işləmir. Belə bir şəraitdə neft istehsalının artırılması ağılabatan görünmür. Çox güman artım məsələsinin müzakirəsi 2021-ci ilin yaz aylarına qədər ertələnəcək”.

Ekspertin fikrincə, iclasda BƏƏ-nin Liviya ilə bağlı qaldırdığı məsələ də əsas müzakirə mövzusu ola bilər. Çünki, BƏƏ OPEC+ alyansından çıxmaq haqda məsələ qaldırıb:

“Liviyanın kvota qaydalarına riayyət etməməsi BƏƏ-nin sinirlərini oynadıb. Ona görə də OPEC+ alyansına daxil olan əsas hasilatçı ölkələrin bu dəfəki qayğılarında əmirliklərin könlünü almaq məsələsi də yer tutacaq. Liviya özünə haqq qazandırır ki, müharibədən sonra köçmüş iqtisadiyyatını dirçəltmək üçün kvotasız hasilatla məşğul olmağa məcburdur''.

''Əslində bəzi maraqlı ölkələrə də onun ucuz neftini almaq sərf edir. Amma neft bazarı böhran yaşayır. Bir tərəfdən COVİD-19 pandemiyası, bir tərəfdən ipə-sapa yatmaq istəməyən Liviya. O baxımdan maraqlı müzakirələrin olacağı gözləniləndir”.

İlham Şaban sonda onu da vurğuladı ki, çox güman, müzakirələrin son qərarını, hasilatda artım məsələsi daxil, yaz aylarına qədər uzadacaqlar. 

Xatırladaq ki, bu ilin aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barelə, iyul-dekabrda 7,7 mln. barelə, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barelə qədər azaldılmasını nəzərdə tuturdu.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO