Maksim Medvedev Konfrans Liqasında ilk

Maksim Medvedev Konfrans Liqasında ilk "3-lük"də

Hazırda oxunan: Maksim Medvedev Konfrans Liqasında ilk "3-lük"də

39640

"Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Konfrans Liqasının qrup mərhələsində ən çox top qazanan futbolçular siyahısında yer alıb. 

Bizim.Media Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi turnirdəki iki oyunda 20 dəfə buna müvəffəq olub.

Medvedev bu göstəriciyə görə üçüncü pillədə qərarlaşıb. 

Birinci yerdə Çexiyanın "Yablonets" komandasından Yaroslav Zeleni (24), ikinci sırada isə İsrailin "Makkabi" (Təl-Əviv) komandasından Luis Ernandes (22) yer alıb. 

Qeyd edək ki, ilk turda Bakıda İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edən "Qarabağ", II turda Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə darmadağın edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO