Bu gömrük postunun tikintisinə daha 9 milyon manat AYRILDI 

Bu gömrük postunun tikintisinə daha 9 milyon manat AYRILDI 

Hazırda oxunan: Bu gömrük postunun tikintisinə daha 9 milyon manat AYRILDI 

0:00
0:00
39631

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz rayonunun Xanoba kəndində Şimal Ərazi Baş Gömrük İdarəsinə məxsus gömrük postunun kompleks tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

Bizim.Media vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “AS İnşaat” MMC-dir. 

Qalib şirkətə 9,2 milyon manat ödəniləcək. Xatırladaq ki, bundan əvvəl sözügedən tikintiyə 8 milyon manat ayrılmışdı. 

Ötən ilin aprel ayında Prezident İlham Əliyev "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci ilin dövlət büdcəsindən DGK-a ilkin olaraq 4 milyon manat ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO