42 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu 

42 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu 

Hazırda oxunan: 42 dövlət əmlakı hərraca çıxarılır - Vaxt təyin olundu 

0:00
0:00
39524

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 oktyabr tarixində özəlləşdirmə hərracı təşkil ediləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Hərraca ümumilikdə 42 dövlət əmlakı çıxarılacaq. Bunlardan 15-i kiçik dövlət müəssisəsi, 1-i qeyri-yaşayış binası, 26-sı nəqliyyat vasitəsidir. 

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (//bit.ly/3kPNJPh) 

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.

Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO